Qattuzonun əvəzləyicisi bəlli oldu – İtaliyaya qayıdır
24.05.2021 - 16:06
Qattuzonun əvəzləyicisi bəlli oldu – İtaliyaya qayıdır

İtaliyanın “Napoli” klubunun yeni baş məşqçisi bəlli olub.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu posta Serjio Konseysao gətiriləcək.

Portuqaliyalı mütəxəssislə ilkin razılıq əldə edilib. O, vəzifəsindən azad edilən Cennaro Qattuzonu əvəzləyəcək. “Portu”dabn ayrılacaq Konseysaonun təqdimatın bu həftəyə nəzərdə tutulub.

Qeyd edək ki, Konseysao futbolçu kimi A seriyasında “Latsio”, “Parma” və “İnter”in formasını geyinib.