Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Alfonso Devisin yaşıl meydanlara qayıdacağı tarix müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Münhen klubunun baş məşqçisi Hans-Diter Flik məlumat verib.
Çalışdırıcı bildirib ki, oktyabrda zədələnərək sıradan çıxan gənc futbolçu gələn ilin yanvarına qədər komandaya kömək edə bilməyəcək. 20 yaşlı sol cinah oyunçusu fərdi məşqlərə başlasa da, dönüşü erkən baş tutmayacaq. Onun yanvarın 3-də Bundesliqanın XIV turunda “Mayns”la görüşdə meydana çıxması istisna edilmir.
Qeyd edək ki, Kanada millisinin üzvü 2018-ci ildən “Bavariya”da çıxış edir.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"