Qazanc - Lyublyanada
12.11.2020 - 10:06
Sloveniya ilə yoldaşlıq oyununun Azərbaycan millisinin FİFA reytinqinə təsiri bəlli olub.
Apasport.az saytının məlumatına görə, Lyublyanada qeydə alınan qolsuz heç-heçə yığmamızın xeyrinə təsir edəcək.
Komandamız səfərdəki bərabərlik nəticəsində aktivinə 1,8 xal yazdırıb. Sloveniya isə eyni itki ilə üzləşib.
Bu da o deməkdir ki, son FİFA reytinqində 1175 xalla dünyanın 114-cüsü olan yığmamız artıq 1177 xala malikdir. Millətlər Liqasının Monteneqro və Lüksemburqla görüşləri bu rəqəmin daha da artması, ya da əksinə nəticələnə bilər.
0
0