![Qazanc və itki – millimizi nə gözləyir?](https://apasport.az/storage/news/2020/november/02/big/1604299858950_c4WqJX8D.jpeg)
Azərbaycan milli komandasının FİFA reytinqindəki noyabr perspektivi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bu ay keçirəcək üç matçın yığmamızın necə təsir edə biləcəyi müəyyənləşib.
Noyabrın 11-də Lyublyanada Sloveniya ilə yoldaşlıq oyunu keçirəcək Canni de Byazinin yetirmələri ardınca Millətlər Liqasında iki matça çıxacaq. Komandamız ayın 14-də Zapreşiçdə Monteneqronu qəbul edəcək, üç gün sonra Lüksemburqda qonaq olacaq.
Hər üç komanda FİFA reytinqində Azərbaycanla müqayisədə daha yüksək pillədədir. Bu üzdən də bütün qarşılaşmalarda heç-heçə də millimizə reytinq xalı gətirəcək.
Yalnız məğlubiyyətlər yığmamıza mənfi təsir göstərəcək. Hazırda 1175 xalla 114-cü yerdə qərarlaşan millimiz hər üç görüşdə qalib gəlsə, ümumilikdə 25,5 xal qazanacaq. Bu, reytinqin 1201-dək yüksəlməsi üçün yetərli olacaq.
Üç məğlubiyyət isə 14,5 xal itkisi ilə nəticələnəcək. Belə olan halda əmsalımız təxminən 1161-ə enəcək.
tarix |
rəqib |
qələbə |
heç-heçə |
məğlubiyyət |
11.11.2020 |
Sloveniya |
6,8 |
1,8 |
-3,2 |
14.11.2020 |
Monteneqro |
10,2 |
2,7 |
-4,8 |
17.11.2020 |
Lüksemburq |
8,5 |
1,0 |
-6,5 |