San-Marino millisi AVRO-2020-nin seçmə mərhələsində ilk qolunu vurub.
Apasport.az saytının məlumatına görə, IX turun Qazaxıstanla ev oyununun (1:3) 76-cı dəqiqəsində fərqlənən Filippo Berardi 2 illik həsrətə son qoyub.
Maraqlıdır ki, San-Marino millisi bunadək son qolunu Azərbaycana vurmuşdu. Bu, 2017-ci il sentyabrın 4-də baş verib. 26 ay öncə yığmamız Bakıda 5:1 hesablı qələbə qazansa da “cırtdan”lar qol sevinci yaşamışdı.
Həmin matçda Marko Palazzi fərqlənib. DÇ-2018-in seçmə mərhələsinin qarşılaşmasından sonra San-Marino 16 oyunda qol vura bilməyib. Bunlardan ikisi DÇ-2018, səkkizi AVRO-2020-nin seçmə oyunu, altısı Millətlər Liqası matçı olub.