Qeyri-adi debüt – millidə
04.06.2021 - 09:49
Kolumbiya millisinin futbolçusu Daniel Munyos Mexiya yığmada debüt edib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin Peru ilə qarşılaşmasında ilk dəfə milli forma geyinib.
Danielin debütü qeyri-adiliyi ilə diqqət çəkib. 56-cı dəqiqədə meydana daxil olan futbolçu cəmi 3 dəqiqə sonra qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, Kolumbiya bu qarşılaşmada 3:0 hesabı ilə qalib gəlib.
0
0