Estoniya yığmasının sabiq futbolçusu Amor Luupun məhkəməsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, Pyarnu məhkəməsi sabiq idmançını zorlama və fiziki gücün tətbiqində günahkar hesab edib.
O, ötən il bir-biri ilə bağlı olmayan iki cinayət törədib. Öncə tanışını təsadüfən zorlayıb, bir həftə sonra həyat yoldaşını vurub.
Hər iki hadisədə günahkar hesab edilən Luup 1 il 3 ay şərti həbs cəzası alıb. Ona həmçinin 2 il sınaq müddəti verilib.
Prokuror Rayner Amur cəzanın belə yüngül olmasının səbəbini də açıqlayıb: “Bu, qeyri-adi zorlama hadisəsidir. Çünki qurban özü ittiham olunanla könüllü şəkildə gedib və onunla əlaqədə olub”.
Qeyd edək ki, Amor on ildən artıq müddətdə “Kuressaare” klubunda oynayıb. O, 2008-ci ildə ölkəsinin U-17 yığmasında iki matça çıxıb.