Qırğızıstanlı vitse-prezident Bakıda
29.11.2019 - 23:57
Qırğızıstanlı vitse-prezident Bakıda

Qırğızıstan Futbol Federasiyasının vitse-prezidenti Dastanbek Konokbayev, qurumun İcraiyyə Komitəsinin üzvü Asılbek Kadıraliyev və Bişkek şəhər meriyasının üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.

Apasport.az saytının məlumatına görə, bu ölkənin milli komandası üçün Bişkek şəhərində təlim-məş bazasının inşası planlaşdırılır və bu səfərin məqsədi Bakıda yerləşən stadionlar, futbol infrastrukturu ilə tanışlıq, təcrübə mübadiləsidir. 

Asiyalı qonaqlar bu gün Bakı Olimpiya Stadionuna baş çəkib, arena ilə tanış olublar. Qırğızıstan nümayəndə heyəti noyabrın 30-da gün ərzində ASCO Arena, AFFA Futbol Akademiyası, Mərdəkan qəsəbəsindəki Milli Komandaların Məşq Mərkəzi və Bakcell Arenaya baxış keçirəcəklər.