Qış transferlərinə 75 milyon avro ayırdı - “Barselona”
25.12.2019 - 16:49
İspaniyanın “Barselona” klubunun qış transferlərinə xərcləyəcəyi vəsaitin məbləği müəyyənləşib.
Apasport.az saytının məlumatına gör, kataloniyalılar heyətin gücləndirilməsinə 75 milyon avro xərcləyə bilər.
Klub rəhbərliyi əsasən 25 yaşa qədər olan futbolçular almaq istəyir. Bunda məqsəd həmin oyunçuların gələcəkdə inkişaf etməsidir.
“Barselona” futbolçusu Filippe Koutinyonun gələcəyini də müzakirə edib. İspaniyalılar icarə əsasında Almaniya “Bavariya”sında çıxış edən braziliyalını 100 milyon avrodan ucuz satmaq niyyətində deyil.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0