Qismət Alıyev “Neftçi”nin hədəfində
30.12.2019 - 10:39
“Qəbələ”nin daha bir futbolçusu komandanı tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, "Neftçi" "qırmızı-qaralar”ın yarımmüdafiəçisi Qismət Alıyevi heyətinə qatmaq istəyir.
Cari mövsüm "Qəbələ"nin aparıcı oyunçularından birinə çevrilən futbolçu “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordinin də diqqətini cəlb edib. Q.Alıyevin komandasını dəyişib-dəyişməyəcəyi paytaxt klubunun təklifinin şərtlərindən asılıdır.
Qeyd edək ki, yarımmüdafiəçi yetirməsi olduğu “Qəbələ”nin heyətində Premyer Liqada 60 oyuna 1 qol vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0