Afrika Millətlər Kubokunun təşkilatçıları problemlə üzləşib.
Apasport.az saytının məlumatına görə, Kamerunda təşkil olunan qitə çempionatının həlledici oyunları ərəfəsində meydançaların durumu ilə bağlı çətinlik yaşanır.
Dualada “Yapoma” stadionunun qazonunun durumu sıradan çıxmaq üzrədir. Kamerun millisinin Qambiya ilə 1/4 final görüşü də burada keçiriləcək. Lakin bu oyun arenadakı son qarşılaşma olacaq.
“Yapoma”da baş tutmalı olan 1/4 finalın daha iki oyunu və yarımfinallardan biri digər arenaya keçirilib. Bu üç görüşü Yaundedəki “Ahmadu Ahidjo” stadionu qəbul edəcək. Digər yarımfinalı qəbul etməsi planlaşdırılan “Olembe” stadionunun da durumu qeyri-müəyyəndir.