Fransanın “Lion” klubu hücumçusu Memfis Depayı transferə çıxarıb.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvünün hətta qiyməti də müəyyənləşib.
Liqa1 təmsilçisi onu qış fasiləsində 5 milyon avroya satmağa hazırdır. Halbuki mövsümün əvvəlində “Lion” Depayın gedişi müqabilində İspaniya klubu “Barselona”dan 25 milyon avro tələb etmişdi. Kataloniyalılarla şəxsi razılığa gələn 26 yaşlı oyunçunun yanvarda İspaniyaya köçməsi gözlənilir.
Qeyd edək ki, Memfis Depay bu mövsüm 16 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun “Lion”la müqavilə müddəti 2021-ci ilin iyununa qədərdir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı