“Qalatasaray”ın baş məşqçisi Fatih Terim avrokuboklarda qələbə sayını məğlubiyyətlə bərabərləşdirə bilər.
Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək görüş təcrübəli mütəxəssisin “cim-bom”un sükanı arxasında 79-cu matçı olacaq.
İndiyə qədər “sarı-qırmızılılar” onun rəhbərliyi altında meydana çıxdığı 78 matçın 30-da qələbə qazanıb, 31-də məğlub olub. 17 qarşılaşmada isə heç-heçə qeydə alınıb.
Bundan başqa, "cim-bom" Avropa arenasında səfərdə keçirdiyi son 8 görüşdə qol üzünə həsrət qalıb. Komanda, ümumilikdə son 13 görüşdə qələbə qazana bilməyib.
Qeyd edək ki, sabah BOS-da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da start götürəcək.