Qranit Cakanı istəyir – 18 milyona
16.07.2021 - 12:54
İtaliyanın “Roma” klubu İsveçrə millisinin futbolçusu Qranit Cakanın transferi ilə bağlı danışıqları davam etdirir.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi İngiltərə “Arsenal”ının yarımmüdafiəçisini bu yay heyətində görmək istəyir.
Romanın eyniadlı klubu Caka üçün 18 milyon avro təklif edib. Londonlular bu məbləği 20-22 milyona çatdırmaq niyyətindədir.
Qranitin özü artıq şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Onunla müqavilə 2025-ci ilin yayına qədər olacaq və futbolçu ildə 2,5 milyon avro qazanacaq.
0
0