İki il müddətində avrokuboklardan kənarlaşdırılan "Mançester Siti" ilə bağlı son qərar iyulun 13-də veriləcək.
Apasport.az saytının məlumatına görə, həmin gün İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın qərarına öz mövqeyini bildirəcək.
Qitə futbol qurumunun cəzasından sonra apelyasiyaya şikayət edən "şəhərlilər" cəzanın ən pis halda yüngülləşdirilməsinə ümid bəsləyir. Əgər qərar qüvvədə saxlanılsa, İngiltərə Premyer Liqasında bu mövsüm 5-ci yeri tutan komanda Çempionlar Liqasına yollanacaq.
Qeyd edək ki, "Mançester Siti" maliyyə feyr-pley qaydalarını pozduğu üçün sanksiyaya məruz qalıb.