Qudyonseni Çempionlar Liqasına sifariş etdi – “Real”
04.09.2021 - 16:17
İspaniya klubu “Real” 2021/22 mövsümündə Çempionlar Liqası (ÇL) üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Apasport.az saytının məlumatına görə, “kral klubu”nun siyahısında bir futbolçunun adı xüsusi diqqət çəkib.
Məsələ burasındadır ki, madridlilər 2009-cu ildə “Barselona”nın heyətində Çempionlar Liqasını qazanan islandiyalı Eydur Qudyonsenin oğlu Andri Qudyonseni də sifariş edib. 19 yaşlı hücumçu ÇL-in qrup matçlarında meydana çıxa bilər.
Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Andri Qudyonsen “Real”a bu il “Espanyol”dan keçib.
0
0