Qurban Qurbanov 600-ə çatdı – “Qarabağ”la
25.04.2022 - 12:27
Qurban Qurbanov 600-ə çatdı – “Qarabağ”la

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 600-cü oyununu keçirib. Yubiley matçı Premyer Liqanın XXIV turuna təsadüf edib. 

Apasport.az saytının məlumatına görə, “Qəbələ” ilə səfərdəki qarşılaşmada Ağdam klubu Qurbanovun baş məşqçiliyi dövründəki yubiley oyununda 2:0 hesabı ilə qalib gəlib. 
50 yaşlı mütəxəssisin bu vəzifəyə təyin olunduğu 2008-ci ilin yayından indiyədək bütün turnirlərdə baş tutan ümumilikdə 600 matçda “Qarabağ” 337 qələbə qazanıb. Qurbanovun yetirmələri 153 dəfə heç-heçəyə imza atıb. Onun komandası 110 dəfə məğlubiyyətlə üzləşib.