Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Düdelanj" (Lüksemburq) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Apasport.az saytının məlumatına görə, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq.
Onun mətbuat konfransı saat 13:30-da başlayacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən bazada baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Düdelanj"ın baş məşqçisi Bertran Krasson isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 21:55-də başlayacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı