Qurban Qurbanov üçün əvəzolunmaz yoxdur
28.02.2022 - 15:49
Qurban Qurbanov üçün əvəzolunmaz yoxdur

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Azərbaycanın avrokuboklardakı ən uğurlu təmsilçisi “Qarabağ” qitə miqyaslı turnirlərdəki növbəti mövsümünü başa vurub.

Apasport.az saytının məlumatına görə, Avropanın üçüncü dərəcəli klub turniri Konfrans Liqasının ilk mövsümünə II təsnifat mərhələsindən başlayan Qurban Qurbanovun yetirmələri 1/8 finalın astanasına qədər irəliləyib.

Təsnifat mərhələlərində üç mərhələni, ardınca qrup səddini adlayan Ağdam klubu pley-offda adlı-sanlı “Marsel”ə “ilişib”. Əvvəlki 12 görüşdə cəmi bir dəfə uduzan “Qarabağ” Fransa klubuna hər iki görüşdə yenilib.

Avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşən ağdamlılar 11 məğlubiyyətsiz görüşün ardından ardıcıl 3 yenilgi almaqla qitə səhnəsi ilə vidalaşıb. Ağdamlıların iyulda başlayan avrokubok mövsümü rekord müddəti – 218 günü əhatə edib. 7 aydan artıq sürən Avropa macəraları zamanı “Qarabağ” 14 dəfə meydana çıxıb.

7-4-3

Bu matçların yarısında qalib gələn Qurbanovun komandası 7 qələbə qazanıb. 4 heç-heçə edən təmsilçimiz 3 dəfə məğlubiyyət acısı yaşayıb. 18 qol vurmaqla kifayət qədər yüksək məhsuldarlıq nümayiş etdirən komandanın 16 top buraxması isə arxa xətdə problemlərin həllini axtarmaq zərurəti yaradır. Son üç qarşılaşmanın hərəsində üç qolun buraxılması da təsadüfi ola bilməz. 

“Qarabağ”ın mövsümdəki bütün avrokubok oyunları
Konfrans Liqası
2021-ci il
II təsnifat mərhələsi

22 iyul. “Qarabağ” – “Aşdod” (İsrail) – 0:0
29 iyul. “Aşdod” (İsrail) – “Qarabağ” – 0:1
III təsnifat mərhələsi
5 avqust. AEL (Kipr) – “Qarabağ” – 1:1
12 avqust. “Qarabağ” – AEL (Kipr) – 1:0
Pley-off mərhələsi
19 avqust. “Qarabağ” – “Aberdin” (Şotlandiya) – 1:0
26 avqust. “Aberdin” (Şotlandiya) – “Qarabağ” – 1:3
Qrup mərhələsi
16 sentyabr. “Qarabağ” – “Bazel” (İsveçrə) – 0:0
30 sentyabr. “Omoniya” (Kipr) – “Qarabağ” – 1:4
21 oktyabr. “Qarabağ” – “Kayrat” (Qazaxıstan) – 2:1
4 noyabr. “Kayrat” (Qazaxıstan) – “Qarabağ” – 1:2
25 noyabr. “Qarabağ” – “Omoniya” (Kipr) – 2:2
9 dekabr. “Bazel” (İsveçrə) – “Qarabağ” – 3:0
2022-ci il
Pley-off mərhələsi
17 fevral. “Marsel” (Fransa) – “Qarabağ” – 3:1
24 fevral. “Qarabağ” – “Marsel” (Fransa) – 0:3


23 futbolçu ilə
“Qarabağ” 14 matçlıq yolu 23 futbolçu ilə qət edib. Qurbanovun güvəndiyi “23-lüy”ü iki qrupa bölmək olar. 

Komandanın özəyi saylan 12 futbolçu 12-14 oyunda iştirak edib. Digər 11 nəfərdə bu rəqəm xeyli aşağıdır. Sonuncuları da iki hissəyə ayırmaq mümkündür. Onlardan beşi ara-sıra meydana çıxıbsa, altısı 1-3 matçda, yəni təsadüfi hallarda avrokubok şansı qazanıb. Düzdür, onlardan üçü yeni transferdir, digərlərinin də az oynaması səbəbsiz deyil.

Konfrans Liqasında heç bir oyunçu Qurbanov üçün əvəzolunmaz deyildi. Altı futbolçu bütün qarşılaşmalarda şans qazansa da, daim meydanda olmaq imkanı qazanmayıb. Rekordçu olan Kevin Medina hamıdan çox – 1257 dəqiqə oynayıb. Bütün görüşlərin iştirakçısı olan Ramil Şeydayev isə vur-tut 701 dəqiqə şans qazanıb ki, bu da heç 8 tam oyun etmir. Onlardan başqa, Toral Bayramov, Abdullah Zubir, Qara Qarayev və Kadi Borqes də 14 matçın iştirakçısıdır.

Komandanın kapitanı Maksim Medvedevin bir oyun az keçirməsi cəzalı duruma düşməsi ilə bağlıdır. O, komandasının yeganə qırmızı vərəqəsinin müəllifidir. Buna baxmayaraq müdafiəçi avrokuboklarda oyun sayını 114-ə çatıdraraq Azərbaycan futbolu tarixində yeni rekorda imza atıb.

Ən çox cəzalananlar
Ən çox sarı vərəqə alanlar isə Patrik Andrade ilə Kadi Borqesdir. Onlar müvafiq olaraq 5 və 4 dəfə cəzalanıb.

Kadi həm də komandanın avrokuboklardakı bombardiri olub. O, 5 qola sevinib. Abdullah Zubirin üç, Ramil Şeydayev iki dəfə rəqib qapısına yol tapıb. “Qarabağ”ın qol sevinci yaşayan 10 üzvündən 7-nin aktivində bir top var. Daha bir dəfə isə azarkeşlər rəqib avtoqolunun sevincini bayram edib.

futbolçu

oyun

dəqiqə

qol

sarı

qırmızı

Kevin Medina

14

1257

0

3

0

Toral Bayramov

14

1253

1

2

0

Abdullah Zubir

14

1242

3

0

0

Qara Qarayev

14

1214

0

1

0

Kadi Borqes

14

917

5

4

0

Ramil Şeydayev

14

701

2

0

0

Maksim Medvedev

13

1163

1

3

1

Patrik Andrade

13

1159

1

5

0

Filip Ozobiç

13

840

1

3

0

Şahruddin Məhəmmədəliyev

12

1080

-10

3

0

Abbas Hüseynov

12

1050

1

1

0

Marko Veşoviç

12

336

0

0

0

İbrahima Vadji

8

578

1

1

0

İsmayıl İbrahimli

8

195

0

2

0

Xayme Romero

7

555

1

0

0

Musa Qurbanlı

6

41

0

1

0

Riçard Almeyda

5

25

0

0

0

Bəhlul Mustafazadə

3

5

0

0

0

Luka Quqeşaşvili

2

180

-6

0

0

Rüstəm Əhmədzadə

1

32

0

0

0

Rahil Məmmədov

1

23

0

0

0

Elvin Cəfərquliyev

1

6

0

0

0

Leandro Andrade

1

1

0

0

0

Avtoqol: Paris Psaltias (Omoniya)

Vüqar Xeyrullayev

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur