Qurban Qurbanov və Roberto Bordindən eyni istiqamət
13.01.2020 - 15:31
Dünyanın ən yaxşı baş məşqçilərinin reytinq siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycan Premyer Liqasında çalışan iki mütəxəssis yer alıb.
Dünyanın ən yaxşı 1000 çalışdırıcısının siyahısında yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın 1054 xalla 571-cidir. O, ötən siyahı ilə müqayisədə 4 pillə irəliləyib.
“Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordin isə 818 xalla 674-cü yerdədir. Apenninli 3 pilləlik irəliləyişə nail olub.
Qeyd edək ki, hesabında 15 min 620 xal olan “Barselona”nın baş məşqçisi Ernesto Valverde 1-ci yerdədir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0