Baş məşqçilərin dünya reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda planetin ən güclü 1000 çalışdırıcısı yer alıb.
Azərbaycan Premyer Liqasında çalışan iki məşqçi də cədvələ düşüb. Yeganə yerli mütəxəssis - “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1054 xalla dünyanın 577-cisidir.
Ötən reytinqlə müqayisədə aktivinə 37 xal əlavə edən 47 yaşlı məşqçi 13 pillə irəliləyib. Onun arxada qoyduğu məşqçilər arasında vaxtilə ölkəmizdə “Xəzər Lənkəran”a rəhbərlik etmiş Mirça Rednik də var. Son iş yeri Buxarest “Dinamo”su olan rumıniyalı 586-cı yerdə qərarlaşıb.
“Neftçi”nin italiyalı məşqçisi Roberto Bordin isə 818 xalla 676-cıdır. O, son siyahı ilə müqayisədə 5 pillə geriləyib.
Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onun hesabında 16 min 115 xal var.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı