Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviç yığmamızı 10 oyuna çıxarıb.
Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsinin fevralın 11-dəki qərarı ilə baş məşqçi təyin olunan xorvatiyalı bugünkü iclasda vəzifəsindən azad edilib.
10 ay ərzində komandaya rəhbərlik edən N.Yurçeviç bu 305 gündə 8 seçmə və 2 yoldaşlıq oyununda iş başında olub. Onun yetirmələri yalnız 1 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə uduzub. 8 qolun sevincini yaşayan N.Yurçeviç 20 topun buraxılmasına şahid olub.
10 ayda komandanı 10 matça çıxaran mütəxəssis oyun sayında milli tarixinin 10-cusudur. O, “qonşular”ından Qurban Qurbanovdan 2 matç geri qalırsa, Ağasəlim Mircavadovla Əhməd Ələsgərovu 1 oyun qabaqlayır.
Bu göstəricidə rekord isə Berti Foqtsa məxsusdur – 71 oyun: Vaqif Sadıqov – 33, Robert Prosineçki – 23, Şahin Diniyev – 20, Karlos Alberto Torres – 18, İqor Ponomaryov – 15, Əsgər Abdullayev, Kazbek Tuayev – 13, Qurban Qurbanov – 12, Nikola Yurçeviç – 10, Ağasəlim Mircavadov, Əhməd Ələsgərov – 9, Ələkbər Məmmədov. – 4, Qyoko Hacıyevski – 3, Mahmud Qurbanov, Nazim Süleymanov, Məşqçilər şurası 1.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı