Baş məşqçilərin dünya reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqası planetin ən güclü 1000 çalışdırıcısının siyahısında iki mütəxəssislə təmsil olunub.
Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurban Qurbanov mövqeyini əldən verib. “Qarabağ”ın çalışdırıcısı 1 pillə geriləyərək 575-ci yerə enib. Onun hesabında 1054 xal var.
“Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordin isə bir pilləlik irəliləyişə nail olub. Hesabında 818 xal olan appenninli 677-ci yerdədir.
Qeyd edək ki, siyahının 1-ci pilləsində hesabında 15 min 917 xal olan “Barselona”nın baş məşqçisi Ernesto Valverde qərarlaşıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı