Qurbanov irəliləyir, Bordin yerində sayır
30.12.2019 - 16:44
Qurbanov irəliləyir, Bordin yerində sayır

Baş məşqçilərin dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, planetin ən güclü 1000 çalışdırıcısının siyahısında Azərbaycan Premyer Liqası iki mütəxəssislə təmsil olunub.
 
“Top-1000”də yeganə azərbaycanlı məşqçi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur. O, 1054 xalla dünyanın 574-cüsüdür. 47 yaşlı mütəxəssis ötən siyahı ilə müqayisədə bir addım irəliləyib.

“Neftçi”nin italiyalı məşqçisi Roberto Bordin isə yerində sayıb. Hesabında 818 xal olan appenninli yenə 678-ci yerdədir.
 
Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onun hesabında 15 min 917 xal var.