Qurbanov onları seçəcək - Premyer Liqaya qayıtsalar
03.03.2022 - 13:21
Qurbanov onları seçəcək - Premyer Liqaya qayıtsalar

Nicat Qurbanovun yeni klubu müəyyənləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, qış fasiləsində “Keşlə”dən ayrılan yarımmüdafiəçi böyük ehtimalla yenidən Premyer Liqada çıxış edəcək.

Çünki 30 yaşlı cinah oyunçusu “Kəpəz”ə dönməyə yaxındır. 2022/23 mövsümündən Premyer Liqadakı çıxışını bərpa etməsi gözlənilən Gəncə təmsilçisi sabiq oyunçusunun xidmətində maraqlıdır. “Kəpəz” Qurbanovun elita təcrübəsindən yararlanmaq niyyətindədir. Tərəflər arasında bununla bağlı danışıqlar gedir.

Qeyd edək ki, Nicat Qurbanov 2016/17 mövsümündə elitada çıxış edərkən “Kəpəz”in formasını geyinib.