Azərbaycan kubokunun ilk yarımfinal oyunlarını keçirən komandalar cavab görüşlərini gözləyir.
Apasport.az saytının məlumatına görə, aprelin 29-dakı qarşılaşmalar finalın iki iştirakçısının adına aydınlıq gətirəcək.
Əgər “Qarabağ” finala yüksəlsə və həlledici görüşdəki qarşılaşmada qalib gəlsə, bu, rekordla əlamətdar olacaq. Karyerası ərzində 4 finalda oynayıb qalib gələn Maksim Medvedev 5-ci uğuruna imza atacaq.
Bununla da Mahmud Qurbanovun rekordu təkrarlanacaq. Qurbanov turnirin finalında meydana çıxmaqla qalib adını 5 dəfə qazanan yeganə oyunçudur.
Onun 6 izləyicisindən yalnız Maksim karyerasını davam etdirir. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da bu “altılıq”dadır. O, yeni ampluada kubok qazana bilər.
Mahmud Qurbanov - 5
Rəşad Sadıqov - 4
Maksim Medvedev - 4
Denis Silva - 4
Hüseyn Məhəmmədov - 4
Füzuli Məmmədov - 4
Füzuli Allahverdiyev - 4