Qurbanovla Bordin fərqli istiqamətdə - reytinqdə
23.12.2019 - 15:20
Qurbanovla Bordin fərqli istiqamətdə - reytinqdə

Baş məşqçilərin dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, planetin ən güclü 1000 çalışdırıcısının siyahısında Azərbaycan Premyer Liqası iki mütəxəssislə təmsil olunub.
 
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Top-1000”də yeganə azərbaycanlı məşqçidir. O, 1054 xalla dünyanın 575-cisidir.

O, ötən cədvəllə müqayisədə 2 pillə irəliləyib. 47 yaşlı mütəxəssis son siyahıda 577-ci idi.

“Neftçi”nin italiyalı məşqçisi Roberto Bordinin aktivində 818 xal var. Ötən siyahı ilə müqayisədə iki pillə geriləyən mütəxəssis 678-ci yerə enib.
 
Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onun hesabında 15 min 917 xal var. “Liverpul”un alman baş məşqçisi Yurgen Klopp ondan 407 xal geridədir. “Mançester Siti”yə rəhbərlik edən Pep Qvardiola 12 min 324 xalla ilk “üçlüy”ü qapayır.