Qvardiola İspaniyadan yarımmüdafiəçi gətirir
12.04.2022 - 21:43
“Real Sosyedad”ın futbolçusu Mikel Merino karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Mançester Siti”nin hədəfindədir.
Premyer Liqa klubunun baş məşqçisi Pep Qvardiola həmyerlisini komandasında görmək istəyir. İngiltərə klubu 25 yaşlı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır. Bu, Mikelin müqaviləsində göstərilən sərbəstqalma bəndidir.
Qeyd edək ki, Merino cari mövsümün 36 matçında 4 qol və 4 assistə imza atıb.
0
0