“Liverpul” mənə çox əziyyət verir”.
Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.
Premyer Liqaya başçılıq etmələrinə münasibət bildirən ispaniyalı mütəxəssis ən yaxın izləyiciləri “Liverpul”dan çəkindiyini etiraf edib: “Bir məşqçi kimi uğurum ondan ibarətdir ki, komandam ildən-ilə irəliyə addımlayır, üç tituldan sonra da başqalarına nəyisə sübut etmək istəyirik. Təvazökar klub olaraq qalırıq, hər oyunda müsbət nəticə göstərməyə çalışırıq. Ona görə də zirvədəyik. “Liverpul” məşqçilik karyeramda qarşılaşdığım ən çətin rəqibdir”.
Qeyd edək ki, hazırda “Mançester Siti”nin 69, “Liverpul”un isə 63 xalı var. “Qırmızılar”ın ehtiyatında bir oyun var.