Qvardiola üçün “asan yem”
27.04.2022 - 09:29
Qvardiola üçün “asan yem”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola çalışdırıcı karyerasında 20-ci dəfə “Real”la görüşüb.

Apasport.az saytının məlumatına görə, bu, Çempionlar Liqasının yarımfinal mərhələsinin İngiltərədəki qarşılaşmasına təsadüf edib.

4:3 hesablı qələbə Qvardiolanın “Real” üzərində 12-ci qalibiyyəti olub. Onun hesabında 4 heç-heçə və 4 məğlubiyyət var.

Karyerası boyunca “Barselona”, “Bavariya” və “Mançester Siti”də çalışmış ispaniyalı mütəxəssis yalnız iki komandaya daha çox qalib gəlib. Onun yetirmələri “Arsenal”ı 17, “Bernli”ni 14 dəfə yenib.