Qvardiola: “Byelsaya mənim “Barselona”mı verin”
13.04.2022 - 14:28
Qvardiola: “Byelsaya mənim “Barselona”mı verin”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola çalışdırıcının karyerasının klubdan da asılı olduğunu etiraf edib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis argentinalı həmkarı Marselo Byelsanın “Lids”dəki uğursuzluğunu da bu amillə əsaslandırıb.

O qeyd edib ki, heç özü də bu komanda ilə nəticə qazana bilməz: “Byelsaya mənim “Barselona”mı verin, görün necə titullar qazanır. Mənə “Lids”i verin, bu komandaya hörmətimə baxmayaraq çempionşipdə qalacaqdı”.

Qeyd edək ki, Qvardiola “Barselona” ilə 14 mükafat qazanıb. Byelsa isə fevralda “Lids”dən kənarlaşdırılıb.