“Liverpul” – “Mançester Yunayted” oyununa azarkeş kimi baxacağam”.
Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.
İspaniyalı mütəxəssis İngiltərə Premyer Liqasında çempionluq yarışındakı əsas rəqibləri olan “Liverpul”un bu gün xal itirəcəyinə ümid edir: “Oyunu evdə izləyəcəyəm. Nəticəni bilmək istəyirəm. İstərdim ki, “Mançester Yunayted” xallar toplasın. Əgər biz növbəti matçlarda öz işimizi görə bilməsək, bu, heç nəyə təsir etməyəcək. Hər iki komandadan nəyisə öyrənə bilərik”.
Qeyd edək ki, bugünkü “Liverpul” – “Mançester Yunayted” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.