Qvardiola: “Messiyə bir şüşə yaxşı çaxır almalıyam”
12.04.2022 - 13:37
Qvardiola: “Messiyə bir şüşə yaxşı çaxır almalıyam”

“Lionel Messi mənim karyeram üçün hər şey edib. O, mənim valideynlərimdən güclüdür. Məni rəqabətədavamlı məşqçi edib”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis karyerasına “Barselona”da rəhbərliyi altında oynayan Lionel Messinin təsirindən danışıb: “Barselona”da bir qrup möhtəşəm oyunçu var idi ki, ona kömək etdilər. Bizim bir yerdə olduğumuz vaxtdan danışıram. Orada eyni anda çox ulduzlar var idim. Hamı üçün ideal idi. Messi 10 nömrə altında, İnyesta, Xavi, Puyol ən yaxşı yaşlarında, veteranlar da ideal idi. Orada yaranan vəhdət həyatda bir dəfə olur. Biz çox qələbə qazandıq. Onsuz da çox qələbə qazanardıq, amma bu qədəri mümkünsüz olardı. Zaman keçdikcə mən Messini Maykl Cordanla müqayisə edirəm. Belə hissim var ki, Fil Cekson Cordana necə yanaşırsa, məndə də eyni idi. Həmişə demişəm. Messi “Barselona”da hər kəsi daha yaxşı edib. Mən ona bir şüşə yaxşı çaxır almalıyam. Çünki onun sayəsində mən yaxşı müqavilələr bağlaya bildim və hələ də ona minnətdarlıq əlaməti olaraq bir şüşə yaxşı çaxır borcluyam”.