Qvardiolanın karyerasında 2-ci dəfə
28.12.2019 - 11:24
Qvardiolanın karyerasında 2-ci dəfə

İngiltərə Premyer Liqasının XIX turu “Mançester Siti”nin “Vulverhempton”a 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Apasport.az saytının məlumatına görə, son çempion cari mövsümdə ikinci dəfə bu rəqibə məğlub olub.

Mançesterdə 2:0 hesabı ilə  qalib gələn “Vulverhempton” Pep Qvardiolanın yetirmələrindən mövsüm ərzində 6 xal almağı bacarıb.

Bu, ispaniyalı mütəxəssisin karyerasında ikinci belə hadisədir. İndiyədək yalnız “Çelsi” P.Qvardiolanın komandasını mövsümün hər iki çempionat matçında məğlub etmişdi. Bu, 2016/17 mövsümündə qeydə alınmışdı.