Rakitiç milli karyerasını başa vurur
27.12.2019 - 17:42
Xorvatiya millisinin futbolçusu İvan Rakitiç yığma karyerasını başa vura bilər.
Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisinin özü açıqlayıb.
O bildirib ki, AVRO-2020-nin gələn ilin yayında keçiriləcək final mərhələsindən sonra millidən ayrılmaq istəyir: “Mümkündür ki, AVRO-2020 mənim milli formasında sonuncu böyük turnirim olsun. Burda qəribə bir şey də yoxdur. Bunu baş məşqçi ilə müzakirə edəcəyəm. Elə addım atacağıq ki, hamı üçün yaxşı olsun”.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi millidə 106 oyun keçirib, 15 qol vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0