Ramil Şeydayevin keçidini açıqladı - “Qarabağ”
01.07.2021 - 20:53
“Qarabağ” Ramil Şeydayevin keçidini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Azərbaycan millisinin üzvünü təqdim edib.
"Sabah"dan yenicə ayrılan forvard köhnə-yeni komandası ilə 2 illik müqavilə imzalayıb. O, "Qarabağ"da 77 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ramil Şeydayev 2017/18 mövsümündə "Qarabağ"da icarə əsasında çıxış edib.
0
0