“Birinci divizion klublarının Premyer Liqada iştirak üçün müraciəti ilə bağlı prosesləri PFL olaraq biz də diqqətdə saxlayırıq”.
Bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Qurum rəhbəri I Diviziondan hansı komandaların elitaya buraxılacağı məsələsinə münasibət bildirib. Musayev bunun AFFA-dan asılı olduğunu söyləyib: “Elitaya iki komandanın buraxılması plandadır. Ancaq bəlkə elə 4 komanda gəldi. Bununla bağlı konkret nəsə demək doğru olmaz. Hər şeyin zamana ehtiyacı var. Çoxları Premyer Liqaya yüksəlmək istəyir. Ancaq bunun üçün lisenziya tələblərinə cavab vermək mütləqdir. Birinci diviziondan Premyer Liqaya hansı klubların gələcəyinə AFFA-da Lisenziyalaşdırma Komissiyası qərar verəcək. Komissiya kimə lisenziya verəcək, o maraqlıdır”.
Qeyd edək ki, “Qaradağ Lökbatan” Premyer Liqaya vəsiqəni təmin etsə də, “Kəpəz” və “Turan Tovuz”un elitaya buraxılması gözlənilir.