Ramosa iki illik müqavilə - “Mançester Siti”dən
31.05.2021 - 15:30
İngiltərənin “Mançester Siti” klubu Serxio Ramosu heyətinə qatmaq istəyir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 35 yaşlı ispaniyalı müdafiəçi ilə 2 illik müqavilə təklif etməyə hazırdır.
“Real”da qalmağa üstünlük verən Ramos madridlilərlə iki illik anlaşmanın tərəfdarıdır. Lakin klub rəhbərliyi hələ onunla bağlı qərar verməyib.
Qeyd edək ki, Ramos 2020/21 mövsümündə 21 oyunda 4 qol vurub.
0
0