Rauf Cabarov “Yuventus”un oyununa təyinat aldı
01.11.2019 - 12:39
Rauf Cabarov “Yuventus”un oyununa təyinat aldı

Azərbaycanlı futbol hakimi Rauf Cabarov beynəlxalq təyinat alıb.

APA-nın məlumatına görə, FİFA referisi UEFA Gənclər Liqasının “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (İtaliya) oyununun baş hakimi olacaq. 

Qarşılaşma noyabrın 6-da keçiriləcək. Moskvada baş tutacaq oyunda R.Cabarova Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.