Rauf Əliyev “Sabah”a keçə bilər
02.01.2020 - 10:57
Rauf Əliyev “Sabah”a keçə bilər

“Neftçi”nin yollarını ayırmaq istədiyi Rauf Əliyevə yeni müştəri çıxıb. 

Apasport.az saytının məlumatına görə, forvarda bu dəfə “Sabah” elçi düşüb. 

Jelko Sopiçin gəlişindən sonra bir neçə futbolçu ilə yollarını ayırmağa hazırlaşan Bakı təmsilçisi Əliyevin xidmətində maraqlıdır. Xorvatiyalı mütəxəssisin razılığı olarsa, hücumçu ilə müqavilə imzalanacaq. 

Qeyd edək ki, Əliyev mövsümün ilk yarısında Premyer Liqada 9 matça çıxıb və 1 qol vurub.