Rauf Əliyev zədələndi – “Neftçi” ilə matçda
08.05.2021 - 21:46
Rauf Əliyev zədələndi – “Neftçi” ilə matçda

“Səbail”in futbolçusu Rauf Əliyev zədələnib.

Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçu Azərbaycan Premyer Liqasının XXVI turunun “Neftçi” ilə görüşündə xəsarət alıb.

67-ci dəqiqədə başından zərbə alan Raufun başına sarğı qoyulub. Lakin o, matçı davam etdirə bilməyib. Əliyev soyunub-geyinmə otağına yollanmalı olub.