Rayan Giqqzin rekordu qırıldı
22.01.2020 - 09:12
İngiltərənin “Everton” klubunun futbolçusu Teo Uolkott Premyer Liqada qeyri-adi rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin bu göstəricisi XXIV turun “Nyukasl”la görüşündə rəsmiləşib.
2:2 hesabı ilə başa çatan matça start heyətində başlayan Uolkott 88-ci dəqiqədə meydanı tərk edib. O, Premyer Liqa karyerasında 135-ci dəfə əvəzlənib.
Bu isə mütləq rekorddur. Uolkott ən çox əvəzlənən futbolçu adına yiyələnərək “Mançester Yunayted”in əfsanəsi
Rayan Giqqz və “Mançester Siti”li David Silvanı keçib. Onlar hərəyə 134 dəfə əvəzləniblər.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0