AVRO-2020-yə hazırlığını davam etdirən İtaliya millisi ilk yoldaşlıq görüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra” San-Marinoya 7:0 hesabı ilə qalib gəlib.
Bununla Roberto Mançininin yetirmələri məğlubiyyətsizlik seriyasını 26 matça yüksəldib. Bu isə komanda tarixinin ən yaxşı ikinci göstəricisidir. Rekord 1935-1939-cu illərdə Vittorio Pozzonun rəhbərlik etdiyi İtaliya yığmasının ardıcıl 30 görüşdə uduzmadığı dövrdə qeydə alınıb. Komandanın rekordu təkrarlamasına 4 oyun qalıb.
Qeyd edək ki, İtaliya yığması AVRO-2020-nin A qrupunda Türkiyə, Uels və İsveçrə ilə qarşılaşacaq.