Rekorda yaxınlaşdı – Türkiyə yığmasının sabiq hücumçusu
13.12.2020 - 00:00
Rekorda yaxınlaşdı – Türkiyə yığmasının sabiq hücumçusu

Türkiyə Super Liqasının XII turunda “Fənərbaxça” ilə keçirilən oyun “Yeni Malatyaspor”un hücumçusu Umut Bulut üçün əlamətdar olub.
 
Apasport.az saytının məlumatına görə, ölkə çempionatında 490-cı matçına çıxan 37 yaşlı forvard yubileyini qolla və böyükhesablı qələbə (3:0) ilə qeyd edib.
 
Türkiyə yığmasının sabiq üzvü ölkə çempionatı tarixində ən çox oyun keçirən 3-cü futbolçu ünvanını ələ keçirib. Bulut hazırda yalnız Rıza Çalımbay (494 oyun) və Oğuz Çətindən (503) geri qalır. O, cari mövsüm hər iki keçmiş futbolçunu geridə qoyaraq rekorda sahib çıxa bilər.
 
Qeyd edək ki, karyerası ərzində “Ankaragücü”, “Trabzonspor”, “Qalatasaray”, “Kayserispor” və “Yeni Malatyaspor”un formasını geyinən Umut Bulut 490 matçda 162 qola imza atıb. O, həm də Türkiyə çempionatı tarixində ən çox qol vuran 9-cu futbolçudur.

0