Renat Dadaşovun komandası 1/8 finalda
24.11.2019 - 21:43
Renat Dadaşovun komandası 1/8 finalda

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Pakuş de Ferreyra” növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası Portuqaliya kubokunda “Sanyoane”se ilə görüşüb.

1/16 final matçının taleyini bir qol həll edib. Aşağı liqa təmsilçisinə 1:0 hesabı ilə qalıb gələn “Pakuş de Ferreyra” 1/8 finala yüksəlib. R.Dadaşov bu qarşılaşmada meydana çıxmayıb.