Reşford “Mançester Yunayted”dəki mövqeyindən narazıdır
08.03.2022 - 00:37
“Mançester Yunayted”in hücumçusu Markus Reşford komandadakı mövqeyindən narazıdır.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard start heyətində möhkəmlənə bilməməsindən narahatdır.
İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqanın cəmi 2 matçında start heyətində yer alıb, 6 qarşılaşmada isə meydana ehtiyatdan çıxıb. Ön xətt oyunçusu bunu problemə çevirməsə də, mövsümün sonunda komandasını dəyişmək perspektivini araşdırmağa başlayıb.
Qeyd edək ki, Markus Reşfordun “Mançester Yunayted”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.
0
0