Reşford və Şou ilə bağlı qərar verildi
29.03.2022 - 13:32
“Mançester Yunayted” hücumçusu Markus Reşford və müdafiəçisi Lük Şou ilə bağlı qərarını verib.
Apasport.az soccer.ru saytına istinadən məlumat verir ki, Premyer Liqa klubu adıçəkilən futbolçuların xidmətində maraqlıdır.
Bu üzdən rəhbərlik onlarla yeni müqavilə imzalamaq niyyətindədir. “Qırmızı şeytanlar” İngiltərə millisinin üzvləri ilə yeni sözləşməni müzakirə etməyə hazırlaşır. Klub Reşford və Şou ilə uzunmüddətli saziş bağlamaq fikrindədir.
Qeyd edək ki, hər iki oyunçunun hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.
0
0