Rəhim Sadıxov çıxılmaz vəziyyətdə: Ya “Sumqayıt”da qal, ya da...
14.04.2022 - 13:26
Rəhim Sadıxov çıxılmaz vəziyyətdə: Ya “Sumqayıt”da qal, ya da...

“Sumqayıt”ın yarımmüdafiəçisi Rəhim Sadıxov çıxılmaz vəziyyətdə qalıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu artıq iddialı klublar üçün prioritet deyil.

Mövsümün əvvəlində “Qarabağ”, “Neftçi”, “Sabah”dan təklif alan 26 yaşlı pleymeykerin keçidi 300 min dollarlıq illik maaş tələbi səbəbindən baş tutmamışdı. Adıçəkilən klublar Sadıxoqun xidmətində artıq çox da maraqlı deyillər.

“Sumqayıt” rəhbərliyi də bundan yararlanaraq, Rəhimlə yeni müqavilə imzalamaq arzusuna düşüb. Oyunçunun özü ilə ilkin danışıq da olub. Təbii ki, “gənclik şəhəri” təmsilçisi milliləşdirilmiş futbolçunun istədiyi məvacibi ödəmək iqtidarında deyil. Sadıxov mövsümün sonunda başqa təklif almasa, klubsuz qalmamaq üçün məcburiyyətdən “Sumqayıt”ın şərtlərini qəbul edərək, yeni sazişə qol çəkməli olacaq.

Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt”ın formasını geyinən Rəhim Sadıxovun müqavilə müddəti iyunun sonuna qədərdir.