Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Qazaxıstanın sports.kz saytına müsahibə verib.
Apasport.az xəbər verir ki, gələcək karyerası barədə danışan braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionu “Qarabağ”dan ayrıldığını açıqlayıb.
- “Qarabağ”dan gedəcəyinizlə bağlı xəbərlər var...
- Bəli, belədir.
- İcarədən “Astana”ya qayıdırsınız?
- Biz qarşılıqlı razılıqla “Astana” ilə müqaviləmə xitam vermişik.
- Bu nə vaxt baş verib?
- 3-4 ay əvvəl.
- Özünüzə yeni klub tapmısınız?
- Agentim bir neçə klubla danışıb. Amma hələ qərar verməmişəm. İndi məzuniyyətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm.
- Bu siyahıda Qazaxıstan klubu var?
- Hələ ki, yoxdur. Qazaxıstandan heç kim agentimlə əlaqə saxlamayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı