Rivaldonun oğlundan imtina etdi - "Sabah"
31.01.2020 - 15:23
Əfsanəvi braziliyalı futbolçu Rivaldonun oğlu Rivaldinyonun Azərbaycanda çıxış etmək variantı olub.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçunun adı növbəti dəfə Premyer Liqa klubu ilə birgə hallanıb.
Hazırda "Vitorul"un formasını geyinən Rivaldinyo bu dəfə "Sabah"a keçməyə yaxın olub. Lakin Bakı klubu menecerlər tərəfindən təklif edilən "sambaçı"nı bəyənməyib, onun xidmətindən imtina ediblər. Halbuki forvard özü "Sabah"da oynamağa razı olub.
Qeyd edək ki, Rivaldinyo "Vitorul"dan əvvəl Avropada "Boavişta", "Dinamo" (Buxarest) və "Levski"nin formasını geyinib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0